Azərbaycan Rusiyadan 100 dəmiryol vaqonu alıb

Azərbaycan Rusiyadan 100 dəmiryol vaqonu alıb

© APA | Səməd Qurbanov

# 23 iyul 2021 11:21 (UTC +04:00)

Rusiyanın "Roseksimbank" dövlət bankı tərəfindən maliyyələşdirilən və Rusiya İxrac Mərkəzinin köməyi ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin ekspeditoru olan "Alyans Logistic" Rusiyanın "RM Rail" şirkətindən 100 vaqon alıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası çərçivəsində Bakıda keçirilən tədbirdə çıxış Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov deyib.

Onun sözlərinə görə, Azərbaycan şirkəti tərəfindən əvvəlcədən ödənişlər artıq həyata keçirilib.

"Roseximbank" və Rusiya İxrac Mərkəzi Azərbaycan şirkətinə təchizatçı tapmaqda və əməliyyatı müşayiət etməkdə yüksək səviyyədə dəstək verib", - deyə S. Qurbanov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR