Azərbaycan sərhəd zonalarda qida təhlükəsizliyinə nəzarət məntəqələrinin yaradılmasına başlayıb

Azərbaycan sərhəd zonalarda qida təhlükəsizliyinə nəzarət məntəqələrinin yaradılmasına başlayıb
# 02 dekabr 2021 12:51 (UTC +04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sərhəd zonalarda qida təhlükəsizliyinə nəzarət məntəqələrinin yaradılması istiqamətində işlər aparılır.

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın 2020-ci il üzrə nəticələri ilə bağlı monitorinq və qiymətləndirmə hesabatına dair keçirilən mətbuat konfransında çıxış edərkən AQTA-nın aparat rəhbəri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, ilk belə bir məntəqə Qazax rayonunun Gürcüstanla olan sərhədində yaradılması üzrə işlərə başlanılıb.

O həmçinin bildirib ki, oxşar işlər digər sərhəd-keçid məntəqələrinə yaxın ərazilərdə görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR