Azərbaycan Türkiyədə daşınmaz əmlak alan ölkələrin ilk beşliyinə düşüb

Azərbaycan Türkiyədə daşınmaz əmlak alan ölkələrin ilk beşliyinə düşüb
# 06 may 2021 12:09 (UTC +04:00)

2020-ci il ərzində Azərbaycan vətəndaşları Türkiyədə 1 280 daşınmaz əmlak əldə ediblər ki, bu da bir il öncəki göstəricidən 7,4% çoxdur.

"APA-Economics"in Türkiyə Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ötən ilin nəticələrinə görə, Azərbaycan Türkiyədə ev alan xaricilərin sıralanmasında ilk beşliyə daxil olub.

Qeyd edək ki, hesabat dövründə Türkiyədə ev alan xarici ölkə vətəndaşlarının ilk beşliyinə İran (7 190), İraq (6 674), Rusiya (3 078), Əfqanıstan (1 930) və Azərbaycan (1 280) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR