Azərbaycan Türkiyədə keçiriləcək Aerokosmik və Texnologiya Festivalına 11 startapla qatılacaq

Azərbaycan Türkiyədə keçiriləcək Aerokosmik və Texnologiya Festivalına 11 startapla qatılacaq
# 27 avqust 2021 15:46 (UTC +04:00)

Bu il sentyabrın 21-26-da İstanbul Atatürk hava limanında “Teknofest - Aerokosmik və Texnologiya Festivalı” keçiriləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan ilk dəfə festivala qatılaraq 11 startapla təmsil olunacaq.

Qeyd edək ki, Teknofest Türkiyədə ilk və yeganə aviasiya, kosmos və texnologiya festivalıdır.

2018-ci ildən təşkil olunan festivalın əsas məqsədi cəmiyyətdə texnologiyaya marağı artırmaq və Türkiyəni milli texnologiya cəmiyyətinə çevirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR