Azərbaycan Ümumdünya Poçt İttifaqına bir neçə təklif təqdim edib

Azərbaycan Ümumdünya Poçt İttifaqına bir neçə təklif təqdim edib
# 30 noyabr 2021 15:59 (UTC +04:00)

Azərbaycan Ümumdünya Poçt İttifaqının Poçt İstismarı Şurasının iclasında poçt bağlamalarına vahid ştrix-kodun və ünvan qeyd olunan etiketlərin tətbiqinə dair təklif irəli sürüb.

APA-Economics” Regional Rabitə Birliyinin məlumatına istinadən xəbər verir ki, bu təklif öyrənilməsi üçün Standartlar Qrupuna təqdim edilib.

Daxil olan poçtun bütövlüyünün pozulmasının təsdiqi üçün videoçəkilişdən istifadənin mümkünlüyü barədə Azərbaycanın təklifi qəbul edilib. Eyni zamanda, Azərbaycanın poçt əməliyyatları ilə bağlı bildiriş müddətinin azaldılması təklifi rədd edilib.

Bununla yanaşı, Azərbaycan tərəfi gömrük blanklarının düzgün doldurulmasına görə göndərənin məsuliyyəti məsələsini də Poçt İstismarı Şurasının baxılmasına təqdim edib. Qeyd olunub ki, poçt operatorları bağlama və bağlamaların gömrük rəsmiləşdirilməsi qaydaları barədə öz müştərilərini məlumatlandırmalıdırlar. Rusiya Federasiyası və Böyük Britaniya nümayəndələri tərəfindən dəstəklənən bu təklif baxılmaq üçün Gömrük Qrupuna təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR