Azərbaycan və Rusiya e-imza sahəsində əməkdaşlıq edəcəklər

Rəşad Nəbiyev

© APA | Rəşad Nəbiyev

# 19 may 2021 11:01 (UTC +04:00)

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Moskva şəhərində Rusiyanın rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Maksut Şadayevlə görüşüb.

"APA-Economics" xəbər verir ki, nazir R. Nəbiyev bu barədə "Facebook" hesabında yazıb.

O bildirib ki, görüşdə iki ölkə arasında "bulud" texnologiyaları, elektron imzanın (E-imza) tətbiqi üçün açıq açar infrastrukturu sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

"Qeyd olunan sahələrdə milli qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən kadr hazırlığı üzrə əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəldik", - nazir yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR