Azərbaycan və Rusiya Samur çayının su ehtiyatlarının bölgüsü məsələsini müzakirə edib

Azərbaycan və Rusiya Samur çayının su ehtiyatlarının bölgüsü məsələsini müzakirə edib
# 25 noyabr 2021 18:02 (UTC +04:00)

“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 21-ci görüşü keçirilib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, görüş COVID-19 pandemiyası ilə əlaqədar video-konfrans şəklində keçirilib.

Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin əməkdaşları Əjdər Cavadov, Elxan Hüseyinov və komissiyanın üzvləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak ediblər.

Görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb. Müzakirələrin nəticəsində görüləcək tədbirlər barədə birgə müvafiq protokol imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR