Azərbaycan və TRACECA dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə ediblər

Azərbaycan və TRACECA dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə ediblər
# 08 iyun 2021 18:29 (UTC +04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayevlə görüşüb.

"APA-Economics" xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.

O qeyd edib ki, görüşdə beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, rəqəmsallaşmanın tətbiqi ilə daşımaların effektivliyinin yüksəldilməsi müzakirə olunub.

Tərəflər həmçinin əməkdaşlığın genişləndirilməsi məsələlərini də nəzərdən keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR