Azərbaycan və Türkiyə işğaldan azad edilmiş ərazilərin radioloji xəritəsini hazırlaya bilər - FOTO

Azərbaycan və Türkiyə işğaldan azad edilmiş ərazilərin radioloji xəritəsini hazırlaya bilər - FOTO
# 18 iyun 2021 18:02 (UTC +04:00)

Azərbaycan Respublikası nəqliyyat rabitə və yüksək texnologiyalar nazirinin müavini Rövşən Rüstəmov və Türkiyə Enerji, Nüvə və Mədən Araşdırma Qurumunun (TENMAK) sədri Abdulkadir Balıkçı arasında görüş keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə işğaldan azad edilmiş Azərbaycan ərazilərində müştərək radiometrik və radioloji tədqiqatların aparılması, tədqiq olunan ərazinin radioloji xəritəsinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Bildirilib ki, salınacaq yaşayış məntəqələrində qamma-fon xəritəsinin hazırlanması və radioaktiv mənbələrin, çirklənmə və tullantıların aşkar edilməsi, eləcə də əsas içməli və texniki su mənbələrinin radioloji monitorinqi prioritet təşkil edir.

Görüşdə, həmçinin bu sahədə normativ-hüquqi bazanın yaradılması müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR