Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 47 ev alıb

Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 47 ev alıb
# 14 iyun 2021 13:23 (UTC +04:00)

Bu ilin may ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 47 (ötən ilin müvafiq ayında 42) daşınmaz əmlaka sahib olublar.

"APA-Economics"in Türkiyə Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, bununla da Azərbaycan Türkiyədə ev alan xaricilərin sıralanmasında 9-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, Türkiyədə ev alan xarici ölkə vətəndaşlarının ilk üçlüyündə İraq (239), İran (231) və Rusiya (119) yer alıb.

Ümumilikdə, əcnəbilər Türkiyədə bu ilin may ayı ərzində 776 ev alıblar, bu da illik ifadədə 6,5% çoxdur.

Ay ərzində ən çox daşınmaz əmlak İstanbulda satılıb – 818 vahid. Satış sayı üzrə ikinci sırada Antalya (341), üçüncü yerdə isə Ankara (106) şəhərləri qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan vətəndaşları ötən il Türkiyədə 1 279 ev alıblar, bu da 2019-cu illə müqayisədə 7,4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR