Azərbaycan yanvar-martda Çindən qaz sayğaclarının idxalını 10 dəfə artırıb

Azərbaycan yanvar-martda Çindən qaz sayğaclarının idxalını 10 dəfə artırıb
# 21 may 2021 12:05 (UTC +04:00)

Bu ilin I rübündə Azərbaycan xaricdən ümumi dəyəri 8,488 mln. ABŞ dolları (14,430 mln. manat) təşkil edən 215 940 qaz sayğacı idxal edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə miqdar ifadəsində 5 dəfə, dəyər ifadəsində isə 6,1 dəfə artıb.

Cari ilin yanvar-mart aylarında ölkəyə idxal olunan sayğacların 93,1%-i Çindən gətirilib. Belə ki, sözügedən Çindən Azərbaycana 8,021 mln. dollar (13,636 mln. manat) məbləğində 201 004 ədəd sayğac göndərilib ki, bu da illik müqayisədə dəyər ifadəsində 16 dəfə, miqdar ifadəsində isə 10,1 dəfə çoxdur.

Qeyd edək ki, ötən il ərzində Azərbaycan dəyəri 15,499 mln. ABŞ dolları (26,348 mln. manat) təşkil edən 607 033 qaz sayğacı idxal edib. Bu göstərici 2020-ci il ərzində miqdar ifadəsində 93,6% artıb, dəyər ifadəsində isə 29,7% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR