Azərbaycana mobil telefon idxalı artıb

Azərbaycana mobil telefon idxalı artıb
# 19 avqust 2021 11:37 (UTC +04:00)

Bu ilin iyun ayında Azərbaycana 121 813 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.


Komitədən verilən məlumata görə, may ayı ilə müqayisədə iyunda idxal 15,7% artıb. İyunda idxal olunan məhsulların dəyəri 16 644,5 min ABŞ dolları təşkil edib ki, bu da may ayının göstəricisindən 6,1% azdır.


Həmçinin bildirilib ki, ümumilikdə cari ilin yanvar-iyun aylarında ölkəyə 815 202 ədəd mobil qurğu idxal olunub. Bu ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 30,7% çoxdur. Qeyd olunan müddətdə idxal olunan məhsulların dəyəri 125 178,9 min dollar təşkil edib ki, buda 2020-ci ilin ilk altı ayının göstəricisini 46% üstələyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR