Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 10% azalıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 10% azalıb
# 18 avqust 2021 13:55 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 61,4 mln. ton yük və 628,5 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə göstəricilər üzrə müvafiq olaraq 6,1% və 10,2% azalma qeydə alınıb.

Məlumata görə, hesabat dövründə sərnişinlərin 91,3%-i avtobus, 8,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR