Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb
# 15 iyul 2021 14:45 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 52,2 mln. ton yük, 542,5 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,2% və 13,1% azalma qeydə alınıb.

Məlumata əsasən, hesabat dövründə sərnişinlərin 91,3%-i avtobus, 8,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR