Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmaları azalıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmaları azalıb
# 16 noyabr 2021 13:55 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 90,2 mln. ton yük və 901 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yük və sərnişin daşınmaları müvafiq olaraq 1,9% və 4,5% azalıb.

Məlumata görə, sərnişinlərin 91,8%-i avtobus, 8,2%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR