Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar azalıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar azalıb
# 14 iyun 2021 18:10 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda avtomobil nəqliyyatı ilə 43,3 mln. ton yük, 445,6 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,3% və 18% azdır.

Sərnişinlərin 91,6%-i avtobus, 8,4%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Avtomobil nəqliyyatı ilə yük dövriyyəsi 13,2%, sərnişin dövriyyəsi isə 12% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR