Azərbaycanda bu il istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi kəskin azalıb

Azərbaycanda bu il istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi kəskin azalıb
# 25 may 2021 11:15 (UTC +04:00)

Azərbaycanda bu il istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsində kəskin azalma qeydə alınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında ölkədə ümumi sahəsi 620,1 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, illik ifadədə 73,1% azdır.

Təkcə aprel ayında ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi aylıq ifadədə 33,4% azalaraq 138,3 min kvadrat metr təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-aprel aylarında yaşayış evlərinin tikintisinə 304 mln. manat vəsait yönəldilib, bu da illik ifadədə 26,3% azdır.

Qeyd edək ki, 2020-ci ildə ölkədə ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu da, əvvəlki illə müqayisədə 47,6% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR