Azərbaycanda bu il yüklərin 55%-i avtomobil nəqliyyatı ilə daşınıb

Azərbaycanda bu il yüklərin 55%-i avtomobil nəqliyyatı ilə daşınıb
# 19 may 2021 17:55 (UTC +04:00)

Azərbaycanda cari ilin yanvar-aprel ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,2% və 30,2% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 62,4 milyon ton yük daşınıb. Yüklərin 3,2%-i dəniz, 7,8%-i dəmir yolu, 0,2%-i hava, 55,4%-i avtomobil nəqliyyatı, 33,4%-i isə boru kəməri ilə daşınıb.

Məlumata görə, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 7,6 %azalıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,9% təşkil edib.

"2021-ci ilin yanvar-aprel aylarında nəqliyyatçılar 355,8 mln. sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 99,8% avtomobil nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb", - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR