Azərbaycanda dəmir yolu ilə sərnişindaşımalar 15%-dək artıb

Azərbaycanda dəmir yolu ilə sərnişindaşımalar 15%-dək artıb
# 16 noyabr 2021 16:40 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 12,3 mln. ton yük, 2 099,3 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə 2020-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,8%, sərnişin daşınmasında isə 14,8% artım müşahidə olunub.

Məlumata görə, hesabat dövründə orta hesabla sutkada 344 vaqon yüklənmiş, 336 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,9 min ton, Qərb istiqaməti üzrə 3 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR