Azərbaycanda dəmir yolu ilə yük və sərnişin daşımaları artıb

Azərbaycanda dəmir yolu ilə yük və sərnişin daşımaları artıb
# 20 oktyabr 2021 13:58 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 11 mln. ton yük, 1 763,3 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsində “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə 2020-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,4%, sərnişin daşınmasında isə 5,6% artım müşahidə olunum.

Məlumata görə, hesabat dövründə orta hesabla sutkada 388 vaqon yüklənilib, 331 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 19,2 min ton, Qərb istiqaməti üzrə 3,3 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR