Azərbaycanda dəmir yolu ilə yük və sərnişin daşımaları cüzi artıb

Azərbaycanda dəmir yolu ilə yük və sərnişin daşımaları cüzi artıb
# 15 sentyabr 2021 11:36 (UTC +04:00)

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2021-ci ilin yanvar-avqust aylarında 9,6 mln. ton yük və 1 533,3 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,5%, sərnişin daşınmasında isə 0,1% artım müşahidə olunub.

Məlumata görə, hesabat dövründə orta hesabla sutkada 339 vaqon yüklənilib, 323 vaqon isə boşaldılıb.

"Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,6 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib", - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR