Azərbaycanda dəmir yolu ilə yükdaşımalar yanvar-mayda 2%-dək artıb

Azərbaycanda dəmir yolu ilə yükdaşımalar yanvar-mayda 2%-dək artıb
# 14 iyun 2021 17:44 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 6,1 mln. ton yük, 876,8 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,7% artım, sərnişin daşınmasında isə 27% azalma müşahidə olunub.

Orta hesabla sutkada 384 vaqon yüklənib, 327 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,6 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR