Azərbaycanda dəniz nəqliyyatı ilə yük və sərnişindaşma azalıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yük və sərnişindaşma azalıb
# 14 iyun 2021 17:55 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 2399,8 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 39,8%-ni neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 3922,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 3779,8 min tonunu və ya 96,4%-ni tranzit yüklər təşkil edib.

2021-ci il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 97,6 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 17,2% azalaraq 5,3 min nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR