Azərbaycanda elektromobillərin istifadəsini stimullaşdırmaq üçün hüquqi baza yaradılacaq

Azərbaycanda elektromobillərin istifadəsini stimullaşdırmaq üçün hüquqi baza yaradılacaq
# 23 noyabr 2021 13:26 (UTC +04:00)

Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin idxal və satışına vergi güzəştlərinin müəyyən edilməsi təklif olunub.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb ki, bu da ölkənin avtomobil sektorunda ekoloji baxımdan təhlükəsiz nəqliyyat vasitələrinin xüsusi çəkisinin artırılması məqsədini daşıyır.

Belə ki, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışının, habelə həmin avtomobillər üçün elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur. İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalının da 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi təklif olunur.

Ekoloji təmiz elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ-hüquqi bazanın formalaşdırılması nəzərdə tutulur.

Beləliklə, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, növbəti ildən satışının, habelə hibrid avtomobillərin idxalının və satışının ƏDV-dən azad olunması

nəticəsində bu avtomobillərin bazarda qiymətinin aşağı düşməsi nəticəsində əhali üçün əlçatanlığı artacaq, habelə ekoloji mühitə öz müsbət töhfəsini verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR