Azərbaycanda elmi tədqiqatlar üzrə axtarış sistemi yaradılır

Azərbaycanda elmi tədqiqatlar üzrə axtarış sistemi yaradılır
# 06 may 2021 10:31 (UTC +04:00)

Azərbaycan Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının informasiya-axtarış sistemi yaradılır.

AMEA İnformasiya Texnologiyaları İnstitutundan “APA-Economics”ə verilən məlumata görə, hazırda məlumatların 2010-2019-cu illər, eləcə də iyun 2019-cu il və avqust 2020-ci il tarix intervalı üzrə “pdf” və “word” faylları formatında “clode2.azsciencenet.az” sistemində yerləşdirilib.

Bu fayllarda axtarış zamanı düzgün nəticələrin əldə olunması üçün elmi müəssisələr, elm sahələri, elmi şuralar, ixtisaslar və indekslər, elmi dərəcələr, elmi adlar, təhsil forması və s. kimi kateqoriyalar üzrə zəruri məlumatlar öz əksini tapır.

AMEA-nın elmi müəssisə və təşkilatlarında sistemin istismarını həyata keçirəcək administrator və istifadəçilər üçün təlimatlar hazırlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR