Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı azalıb

Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı azalıb
# 02 dekabr 2021 09:36 (UTC +04:00)

Bu ilin noyabr ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı oktyabr ayı ilə müqayisədə 1,65 faiz bəndi azalıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, dekabrın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 55,16% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 31,9 faiz bəndi çoxdur. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutub.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı noyabr ayı ərzində 0,55 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin dekabr ayının 1-nə 14,84% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 11,9 faiz bəndi azdır.

Bu ilin noyabr ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 0,06 faiz bəndi artıb. Dekabrın 1-nə olan məlumata görə, "YouTube" Azərbaycanın sosial media bazarında 11,69% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,54 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram" – 7,81, "Twitter" – 3,55%, "VKontakte" – 3,51%, “Tumblr” – 1,6%, və s.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR