Azərbaycanda fişinq hücumlarının sayı artıb

Azərbaycanda fişinq hücumlarının sayı artıb
# 19 avqust 2021 10:23 (UTC +04:00)

Bu ilin iyul ayında Azərbaycanın ".az" domenində olan saytların hər 222-i nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.

"APA-Economics"in "Netcraft" analitik şirkətinin hesabatı əsasında apardığı hesablamalara görə, ümumilikdə, Azərbaycan saytlarının 170-i fişinq hücumunun qurbanı olub.

Bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 0,45%-nı təşkil edir. Bu göstərici üzrə iyul ayı ərzində iyunla müqayisədə 2,4 dəfə artım müşahidə olunub.

Qeyd edək ki, bu günə ".az" domenində 37,7 minədək sayt qeydiyyatdan keçib.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 94, Rusiyada 21, Belarusda 552, Latviyada 19, Litvada 190, Estoniyada 13, Qazaxıstanda 370, Özbəkistanda 26, Tacikistanda 156, Qırğızıstanda 428, Gürcüstanda 135, Ermənistanda isə 241 sayta bir uğurlu fişinq hücumu düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR