Azərbaycanda "Instagram" istifadəçiləri fırıldaqçılığa məruz qalıb

Azərbaycanda "Instagram" istifadəçiləri fırıldaqçılığa məruz qalıb
# 14 sentyabr 2021 11:12 (UTC +04:00)

Azərbaycandakı “Instagram” sosial şəbəkəsinin istifadəçiləri “Skam” adlandırılan onlayn fırıldaqçılıq sxeminə məruz qalıb.

APA-Economics” “Kaspersky” şirkətinin yaydığı məlumata istinadən xəbər verir ki, söhbət fırıldaqçılar tərəfindən yaradılan saxta “Instagram” səhifələrindən gedir ki, onların vasitəsilə istifadəçilərə guya iştirak etdikləri kampaniyada qalib olduqları bildirilir və mükafatın çatdırılması üçün bank hesabına pul köçürmələri tələb olunur.

Bu halda köçürülən məbləğ fırıldaqçılara gedir, qurban isə heç nə almır. İstifadəçilər bank kartının məlumatlarını daxil edərsə, bu məlumatları riskə atmış olarlar.

“Skam” sxemi əksər hallarda böyük şirkətlərin adından anket və ya aksiyalar kimi qələmə verilir. Bundan əlavə, fırıldaqçılar məşhurların qazandığı lotereyaları təqlid edirlər. Eyni zamanda, fırıldaqçılar son vaxtlar fəaliyyətlərinin miqyasını genişləndiriblər: indi e-poçtdan başqa bir çox digər platformadan da istifadə edirlər: sosial şəbəkələr, video xidmətlər, bloqlar və s.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR