Azərbaycanda yeni kibertəhlükəsizlik strategiyası hazırlanıb

Azərbaycanda yeni kibertəhlükəsizlik strategiyası hazırlanıb
# 14 may 2021 10:56 (UTC +04:00)

​Azərbaycanda 2021-2025-ci illəri əhatə edən informasiya və kibertəhlükəsizlik üzrə milli strategiyanın təsdiq edilməsi gözlənilir.

Bu barədə “APA-Economics”ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Məlumata görə, qeyd olunan strategiyanın həyata keçirilməsi üzrə tədbirlər planında sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müddəalar da öz əksini tapıb.

“Strategiya təsdiq edildikdən sonra ictimaiyyətə təqdim olunacaq. Strateji sənəd, ölkədə kibertəhlükəsizlik sahəsində aparılan fəaliyyətin daha da mütəşəkkilləşdirilməsinə və təkmilləşdirilməsinə xidmət edəcək”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, strategiya beynəlxalq təcrübə əsasında hazırlanıb və bu məqsədlə Avropanın və digər ölkələrin təcrübələri tam şəkildə araşdırılıb.

Strategiyada Azərbaycana qarşı edilə biləcək kibertəhdidlər, onların qarşısını almaq üçün tədbirlər, kritik infrastrukturda kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, kadr hazırlığın təmin edilməsi və digər bir çox məsələ öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR