Azərbaycanda kompüter istifadəçilərinin 1,27%-i ötən rüb mayner hücumlarına məruz qalıb - REYTİNQ

Azərbaycanda kompüter istifadəçilərinin 1,27%-i ötən rüb mayner hücumlarına məruz qalıb - REYTİNQ
# 26 noyabr 2021 16:37 (UTC +04:00)

Bu ilin III rübünün nəticələrinə görə, Azərbaycanda kompüter istifadəçilərinin 1,27%-i kriptovalyuta maynerlərinin hücumları ilə üzləşib.

"APA-Economics" xəbər verir ki, bu barədə "Kaspersky" şirkətinin informasiya təhlükəsizliyinə dair dərc etdiyi hesabatda bildirilir.

Xatırladaq ki, cari ilin ikinci rübündə Azərbaycan üzrə bu göstərici 1,21% olub.

Hesabatda qeyd olunur ki, Azərbaycan bu təhlükə riski ilə üzləşən ölkələrin ilk onluğuna daxil olaraq sonuncu pillədə qərarlaşıb.

Xatırladaq ki, hazırda Azərbaycanda kompüter istifadəçilərinin sayı 8 milyondan çoxdur.

Mayner hücumlarına məruz qalan TOP-10 ölkə:

#

Ölkə

%

1

Efiopiya

2,41

2

Ruanda

2,26

3

Myanma

2,22

4

Özbəkistan

1,61

5

Ekvador

1,47

6

Pakistan

1,43

7

Tanzaniya

1,40

8

Mozambik

1,34

9

Qazaxıstan

1,34

10

Azərbaycan

1,27

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR