Azərbaycanda milli antiplagiat xidməti yaradılır

Azərbaycanda milli antiplagiat xidməti yaradılır
# 15 iyul 2021 13:20 (UTC +04:00)

AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən milli antiplagiat xidmətinin yaradılması konsepsiyası işlənilir.

İnstitutdan "APA-Economics"ə verilən məlumata görə, görülən işlər çərçivəsində plagiatlıq və piratçılıq anlayışları, plagiatlığın növləri və onu yaradan səbəblər müəyyənləşdirilib.

Plagiatlıqla mübarizə metodları, o cümlədən antiplagiat proqram vasitələri əsas göstəricilərə görə təhlil edilib. Azərbaycanda antiplagiat xidmətləri araşdırılıb və hazırda İnstitutda Plagiatlıqla Mübarizə Xidməti fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR