Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 140,3 mln. ton yük daşınılıb ki, bu da illik müqayisədə 0,2% azdır.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 2,9%-i dəniz, 7,8%-i dəmir yolu, 0,3%-i hava, 57,3%-i avtomobil nəqliyyatı, 31,7%-i isə boru kəməri ilə daşınılıb.
“Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 1,2% azalıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78% təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Məlumata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında nəqliyyatçılar 838,9 mln. sərnişinə xidmət göstərib, bu da 10% azalma deməkdir.
Hesabat dövründə sərnişinlərin 95,1%-i avtomobil nəqliyyatı, 4,6%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınılıb.