Azərbaycanda noutbukların satışı artıb

Azərbaycanda noutbukların satışı artıb
# 01 sentyabr 2021 11:44 (UTC +04:00)

Bu ilin avqust ayında portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı iyul ayı ilə müqayisədə 3,3 faiz bəndi artıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, noutbukların bazar payı sentyabrın 1-nə 63,1% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz bəndi çoxdur.

Mərkəzin məlumatına əsasən, bu ilin avqust ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı iyul ayı ilə müqayisədə 3,36 faiz bəndi azalaraq sentyabrın 1-nə 35,7% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 9,6 faiz bəndi azdır.

Hesabatda sentyabr ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,2% təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 0,25 faiz bəndi çoxdur. Bu seqment üzrə cari ilin avqust ayının göstəricisi iyul ayının göstəricisindən 0,06 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR