Azərbaycanda POS-terminal və bankomatların sayı artıb

Azərbaycanda POS-terminal və bankomatların sayı artıb
# 28 may 2021 11:14 (UTC +04:00)

Azərbaycanda POS-terminalların sayı aprel ayı ərzində 852 vahid və ya 1,5% artaraq mayın 1-nə 59 036 ədəd təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ilin əvvəlindən ölkədə POS-terminalların sayı 1 916 vahid və ya 3,4% artıb.

Məlumata əsasən, POS-terminalların 38 753 ədədi və ya 65,6%-i Bakıda, qalan 20 283 və ya 34,4%-i isə regionlarda quraşdırılıb.

Hesabat ayında bankomatların sayında da artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı aprel ərzində 7 ədəd və ya 0,3%, ilin əvvəlindən isə 55 ədəd və ya 2% artıb. Bankomatların 1 453 ədədi və ya 52,5%-i Bakıda, 1 317 ədədi və ya 47,6%-i isə regionlarda quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR