Azərbaycanda satınalmalar üzrə qanunvericiliyin əsas boşluqları açıqlanıb

Azərbaycanda satınalmalar üzrə qanunvericiliyin əsas boşluqları açıqlanıb
# 11 iyun 2021 13:10 (UTC +04:00)

Azərbaycanın satınalmalar üzrə qanunvericiliyinə edilən dəyişikliklər artıq Milli Məclisin üç oxunuşdan keçib.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") tərəfindən hazırlanan "Ağ Sənəd"in növbəti nəşrinin təqdimetmə mərasimində çıxış edən Palatanın satınalmalar komitəsinin sədri Kənan Tabasaranski deyib.

Onun sözlərinə görə, yeni qanun layihəsində hazırlanan təkliflər işçi qrupu şəklində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə hazırlanıb.

"“Ağ Sənəd”ə ölkədə satınalma sahəsində olan boşluqları və onların aradan qaldırılması üzrə tövsiyələrimiz əlavə olunub. Onların arasında əsasən üç istiqamət var. Birinci istiqamət – bazar iştirakçıları əsasən mikro, kiçik və orta təşkilatların dövlət satınalmalarına inamsızlığın aradan qaldırılmasıdır. İkinci istiqamət – proseslərin şəffaflaşdırılması və elektronlaşdırılması, üçüncü istiqamət isə qanunvericiliyə tələb olunan dəyişiklik və əlavələrin edilməsi. Bu tövsiyələr həm dövlət, həm də özəl təşkilatlarla birgə işlənilib. Bəzi təkliflərimiz artıq tətbiq olunub", - deyə K. Tabasaranski qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR