Azərbaycanda təhlükəli tullantıların yığılmasından əldə edilən gəlirlər 3,5 dəfə artıb

Azərbaycanda təhlükəli tullantıların yığılmasından əldə edilən gəlirlər 3,5 dəfə artıb
# 08 may 2021 13:24 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 964,5 min manat dəyərində təhlükəli tullantıların yığılması xidmətləri göstərilib ki, bu da illik müqayisədə 3,5 dəfə çoxdur.

Bu barədə "APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2020-ci ilin müvafiq dövründə ölkədə 279,1 min manat dəyərində təhlükəli tullantıların yığılması xidmətləri göstərilib.

Bununla yanaşı, hesabat dövründə respublikada 1 647,9 min manat dəyərində yararlı olmayan təhlükəsiz tullantıların yığılması üzrə xidmətlər göstərilib ki, bu da ötən ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 10,6% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR