Azərbaycanda telefon rabitəsinin 140 illiyi ilə bağlı poçt markası buraxılıb

Azərbaycanda telefon rabitəsinin 140 illiyi ilə bağlı poçt markası buraxılıb
# 06 dekabr 2021 17:15 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illik yubileyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Müəllifi rəssam Vüqar Əyyubov olan poçt markası 10 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq nəşr edilib.

Qeyd edək ki, bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır və ölkədə telefon rabitəsinin yaradılmasının 140 illik yubileyidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR