Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı tədbirlər planı hazırlanıb

Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı tədbirlər planı hazırlanıb
# 26 oktyabr 2021 12:52 (UTC +04:00)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən Prezidenti İlham Əliyevin 7 oktyabr 2021-ci il tarixində “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanının icrasına dair tədbirlər planlaşdırılıb.

Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, belə ki, sənədlə təmin edilməmiş kəndlərdə müvafiq qaydada maarifləndirmə tədbirləri həyata keçiriləcək, həm qeydiyyat orqanının ərazi idarələrində və rayon şöbələrində, həm “ASAN Xidmət”in səyyar xidmət göstərən nəqliyyat vasitələri ilə bilavasitə kəndlərdə sənədləşməyə dair müraciətlər qəbul ediləcək və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və plan ölçü sənədlərinin verilməsi təmin ediləcək.

Qeyd olunur ki, vətəndaşlardan hər hansı ödəniş tələb edilməyəcəyi kimi, hər hansı sənədin təqdim edilməsinə də zərurət yoxdur. Vətəndaşlar şəxsiyyət vəsiqələri, əgər islahat zamanı plan ölçü sənədi verilmişsə, plan ölçü sənədi ilə müraciətlərini həyata keçirə bilərlər.

Sənədləşmə üçün hər hansı müddət məhdudiyyəti nəzərdə tutulmayıb. Fermerlər arzu etdikləri vaxt öz müraciətlərini edə bilərlər. Fermerlərə subsidiyalar 1 yanvar 2025-ci il tarixindən ancaq dövlət reyestrindən çıxarışlar əsasında veriləcəyi üçün bu tarixə qədər müraciətlərin başa çatdırılması məqsədəuyğun hesab edilir. Bu səbəbdən fermerlərin mümkün qədər qısa müddət ərzində Daşınmaz Əmlakın Dövlət Reyestrinin ərazi idarələrinə müraciət edərək öz sənədlərini almalarını tövsiyə olunur.

“Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanının icrası ilə bağlı Elektron uçot işləri yekunlaşma mərhələsindədir. Belə ki, torpaq sahələrinin yerləşməsində müşahidə edilən bütün texniki nöqsanlar – koordinatlarda görülən səhvlər, konfiqurasiya dəyişiklikləri,

torpağın faktiki istifadə vəziyyəti ilə sənəd üzrə yerləşməsi arasında fərqlər aradan qaldırılaraq dürüstləşdirilmiş məlumatlar elektron kadastr bazasına daxil edilib. Artıq 25 rayon üzrə işlər tam yekunlaşdırılıb və digər rayonlar üzrə işlərin cari ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Qısa müddət ərzində torpaq mülkiyyətçilərinə müvafiq bildirişlər göndərilərək texniki səhvlərin aradan qaldırılması təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR