Azərbaycanda tranzit rejimdə konteyner daşımaları 49% artıb

Azərbaycanda tranzit rejimdə konteyner daşımaları 49% artıb
# 26 may 2021 13:15 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan ərazisindən tranzit rejimdə konteyner daşımaları 2020-ci ilin müvafiq dövrünə nisbətən 49% artıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, artım əsasən Çinin idxal və ixrac əməliyyatlarının payına düşür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 4,3 min TEU (İyirmi futluq ekvivalent) həcminə çatıb.

Məlumata görə, 2019-cu ildə istifadəyə verilmiş Aktau limanı – Bakı (Ələt) limanı – Bakı limanı marşrutu üzrə fider xətti müntəzəm inkişaf etdirilir. 2021-ci ilin yanvar-aprel ayları ərzində 5 mindən çox TEU nəql edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR