Azərbaycanda video-oyunlar şəklində zərərli proqram yayan sxem aşkarlanıb

Azərbaycanda video-oyunlar şəklində zərərli proqram yayan sxem aşkarlanıb
# 30 avqust 2021 16:47 (UTC +04:00)

Bu ilin yazında "Kaspersky" şirkətinin mütəxəssisləri "dropper" troyanının (başqa zərərli proqramları istifadəçinin kompüter və ya smartfonuna ötürən proqram) yayılmasını həyata keçirən irimiqyaslı kampaniya aşkar ediblər.

"APA-Economics"in şirkətin məlumatına istinadən verdiyi xəbərə görə, bu zərərli proqramın əsas hədəfi digər zərərli proqramları istifadəçidən xəbərsiz onun cihazına yükləməkdir. "Swarez" adlandırılan sözügedən "dropper" 15 tanınmış video-oyunun formasında yayılıb. Həmin faylların yüklənməsi üçün cəhdlər Azərbaycan da daxil olmaqla, 45 ölkədə müəyyən edilib.

Təcavüzkarların yem kimi istifadə etdiyi oyunlar "Among US", "Control", "Grand Theft Auto V", "NBA 2K21", "PLAYERUNKNOWN BATTLEGROUNDS", "Rust", "The Sims 4", "Titanfall 2" və xüsusilə də Azərbaycanda məşhur olan "Minecraft", "Counter-Strike Global Offensive", "Fortnite", "FIFA 21", "Need for Speed Heat", "Battlefield 4" və "Battlefield V" oyunlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR