Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi açıqlanıb

Rəşad Allahverdiyev

© APA | Rəşad Allahverdiyev

# 08 dekabr 2021 10:33 (UTC +04:00)

"Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 893 min hektardır".

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biomüxtəlifliyin Mühafizəsi departamentinin direktor müavini Rəşad Allahverdiyev “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdarəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi üzrə ilkin milli seminarda deyib.

O bildirib ki, bu, ölkə ərazisinin 10.31 faizini təşkil edir:

"Təbii ki, bu ərazilərin artırılması qarşımızda duran məqsədlərdəndir. 10 ildə xüsusi mühafizə olunan ərazilərin sahəsi 2 dəfədən çox artıb. Ölkənin Milli parklarının əksəriyyəti müxtəlif ekosistemləri əhatə edir. İdarəetmə baxımından qoruqlarda daha ciddi mühafizə təşkil olunur. Milli parklarda turizm fəaliyyətinə dəstək verilir. Milli parkların yaradıldığı vaxtdan indiyədək onların turizm potensialı olan ərazilərdə təbiət turizminin inkişafı etdirilməsi məqsədilə 111 ekoturizm marşrutu yaradılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR