Azərbaycanda yük və sərnişin daşımaları azalıb

Azərbaycanda yük və sərnişin daşımaları azalıb
# 17 avqust 2021 18:15 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 107,9 mln. ton yük daşınıb, bu da illik müqayisədə 3% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 3,0%-i dəniz, 7,8%-i dəmir yolu, 0,3%-i hava, 56,8%-i avtomobil nəqliyyatı, 32,1%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,9% azalıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,7% təşkil edib.

Məlumata görə, 2021-ci ilin yanvar-iyul aylarında nəqliyyatçılar 650,4 mln. sərnişinə xidmət göstərib, bu da 15,2% azalma deməkdir. Sərnişinlərin 96,6%-i avtomobil nəqliyyatı, 3,1%-i metro, qalanı isə digər nəqliyyat növləri ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR