Azərbaycanın proqram təminatı bazarında qiymətlər artacaq

Azərbaycanın proqram təminatı bazarında qiymətlər artacaq
# 03 dekabr 2021 15:59 (UTC +04:00)

Azərbaycanda "Mirosoft"un bir sıra proqram təminatının qiymətləri gələn ilin mart ayından artacaq.

Bunu "APA-Economics"ə "Microsoft Azerbaijan" şirkətinin baş meneceri Qaçay Mirzəyev deyib.

Onun sözlərinə görə, şirkət tərəfindən bu barədə məlumat həm tərəfdaşlara, həm də müştərilərə artıq təqdim olunub.

"Qiymət artımı əsasən ofis məhsullarına, əməliyyat sistemlərinə və kibertəhlükəsizlik həllərinə şamil olunacaq. Qiymət artımı məhsullardan asılı olaraq fərqli olacaq və 5%-dən 15% arasında dəyişəcək. Bahalaşma daha çox təqdim edilən xidmətlərin içərisində yeni xidmətlərin əlavə olunduğundan irəli gəlir", - deyə Q. Mirzəyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR