Azərbaycanla Belarusun TTP xidmətlərinin qarşılıqlı inteqrasiyası təmin olunur

Azərbaycanla Belarusun TTP xidmətlərinin qarşılıqlı inteqrasiyası təmin olunur
# 05 noyabr 2021 16:16 (UTC +04:00)

Azərbaycanın rəqəmsal transformasiyasının təşviqi, beynəlxalq iqtisadi əlaqələrin əlçatanlığının artırılması üçün elektron imzaların sərhədlərarası tanınması istiqamətində intensiv iş aparılır.

Bunu "APA-Economics"ə Məlumat Hesablama Mərkəzinin direktor müavini İnarə Vəliyeva deyib.

Onun sözlərinə görə, bu prosesin genişləndirilməsi və daha əlçatan olması üçün Etibarlı Üçüncü Tərəf – EÜT (Trusted Third Party – TTP) xidməti hazırlanır.

"Belarus Respublikasının EÜT-i ilə Azərbaycan EÜT-in qarşılıqlı inteqrasiyası texniki baxımdan artıq icra edilib. Hazırda Türkiyə və Rusiya ilə bu istiqamətdə danışıqlar aparılır. İlkin razılaşmalar əldə olunan bəzi ölkələrlə qarşılıqlı sınaq testləri həyata keçirilir. Qeyd edim ki, qısa zamanda EÜT xidmətinin veb-portalı da istifadəyə veriləcək", - deyə İ. Vəliyeva bildirib.

Qeyd edək ki, EÜT xidmətləri e-dövlət miqyasında etimad infrastrukturunun qurulması üçün əsas platformadır. EÜT-in əsas rolu elektron qarşılıqlı əlaqə iştirakçılarına zəmanət təmin etməkdən ibarətdir ki, məlumatlar və tranzaksiyalar öz ünvanına tamlığı, həqiqiliyi və müəllifliyi təmin edilməklə, vaxtında və dəqiq çatdırılır. İstənilən münaqişə baş verdikdə hadisələrin gedişatını bərpa etməyə imkan verən lazımi sübutların hazırlanması və təqdimatı üçün müvafiq metodlar mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR