"Azercell" abunəçilərinə xəbərdarlıq edib

"Azercell" abunəçilərinə xəbərdarlıq edib
# 22 iyul 2021 10:26 (UTC +04:00)

“Azercell Telekom” MMC abunəçilərini “WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır.

Şirkətdən "APA-Economics"ə verilən məlumatda bildirilir ki, müvafiq məzmunun Azercell-ə heç bir aidiyyəti yoxdur. Yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün “Azercell Telekom” öz abunəçilərinə şübhəli zənglərə və SMS-lərə reaksiya verməməyi, eləcə də belə internet saytlardan istifadə etməməyi, həmçinin istifadə edilən cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonların nəzarətsiz qalamamasını, xidmətlərdən istifadə ilə əlaqədar əldə edilən şifrəni üçüncü şəxslərə bildirməməyi, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və sairlərdən yararlanmamağı tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR