"Azercell" AVRO-2020-də yüksək keyfiyyətli mobil şəbəkə təqdim edir

"Azercell" AVRO-2020-də yüksək keyfiyyətli mobil şəbəkə təqdim edir
# 18 iyun 2021 18:06 (UTC +04:00)

Azərbaycanda keçirilən futbol üzrə Avropa çempionatının (AVRO-2020) oyunlarında lider mobil operator “Azercell Telekom” MMC gücləndirilmiş iş rejimində çalışır.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Azercell” Bakıda keçirilən AVRO-2020 oyunlarında abunəçilərini müasir və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edir. Bu il futbol üzrə Avropa çempionatı çərçivəsində 4 oyunun paytaxtımızda təşkil edildiyini diqqət mərkəzində saxlayan lider mobil operator Bakı Olimpiya stadionunda, eləcə də ətraf ərazilərdə şəbəkənin gücləndirilməsi istiqamətində müvafiq işlər həyata keçirib.

Futbol azarkeşlərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyən “Azercell” ərazidə şəbəkənin tutumunu dəfələrlə artırıb. Qeyd edək ki, stadion daxilində ümumi mobil şəbəkə infrastrukturu məhz “Azercell” tərəfindən quraşdırılıb. Məkan innovativ şəbəkə həlləri ilə təchiz edilib. Həmçinin hazırda ərazidə “Azercell”in səyyar mobil Radio Baza Stansiyası da fəaliyyət göstərir. Stadionda yüksəksürətli mobil internet xidmətləri təqdim edən “Azercell” tamaşaçılara oyunlardan təəssüratlarını dərhal paylaşmaq, sosial şəbəkələrdə canlı yayım etmək imkanı yaradıb.

AVRO-2020 çempionatına texniki hazırlıq çərçivəsində aparılan işlər qonaqların yerləşdiyi otelləri də əhatə edib. Belə ki, mehmanxanalara xidmət verən stansiyalarda şəbəkənin keyfiyyətinin yoxlanılması istiqamətində aktiv işlər aparılır. Əlavə olaraq, “Azercell” paytaxtımızın qonaqlarına yüksəkkeyfiyyətli rominq xidmətləri təqdim etmək

üçün tərəfdaş operatorlarla daima əlaqədədir və mütamadi olaraq müvafiq test işləri həyata keçirir.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə ilk mobil infrastrukturu quraşdıran “Azercell Telekom” MMC-nin ölkə ərazisi üzrə əhatə dairəsi 94%, ölkə əhalisi üzrə isə 98,7% təşkil edir. Təkcə son 2 il ərzində lider mobil operator LTE şəbəkəsinin əhali üzrə əhatə dairəsini 35,9%-dən 85,5%-ə, coğrafi dairəsini isə 22,5%-dən 73,3%-ə qədər genişləndirib. Hazırda bu texnologiya ilə işləyən Radio Baza Stansiyaların ümumi sayı isə 2 775-ə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR