"Azercell"in rəqəmsal xidmətləri "Umico"ya əlavə edilib

"Azercell"in rəqəmsal xidmətləri "Umico"ya əlavə edilib
# 09 iyul 2021 14:53 (UTC +04:00)

Azərbaycanın lider mobil operatoru “Azercell” şirkəti rəqəmsal xidmətlərini müştəriləri üçün daha da əlçatan edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, artıq “Azercell” abunəçiləri “Umico” platforması üzərindən “Azercell”in BluTV, SberZvuk, IVI, Bookmate, NNTV kimi rəqəmsal həllərini aktiv edə bilərlər.

Xidmətdən istifadə qaydası çox sadədir. Bunun üçün öncə “Umico” tətbiqini "App Store” və ya "Play Store”dan yükləmək lazımdır. Daha sonra “Umico”da “Bonunslar” səhifəsinə keçid edib “Azercell - Keşbekli xidmətlər” bölümü seçilməlidir.

Tətbiq vasitəsilə “Azercell”in rəqəmsal həllərinə günlük, həftəlik və aylıq paketlər şəklində qoşulmaq mümkündür. Qeyd edək ki, hazırda xidmət haqqı “Azercell” mobil nömrəsinin balansından tutulur.

“Azercell”in rəqəmsal məhsullar portfeli ilə https://www.azercell.com/az/personal/digital-solutions.html ünvanından tanış olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR