"Azəriqaz": "Azəristiliktəchizat" qaz borcunu dekabrın 15-dək ödəməlidir

"Azəriqaz": "Azəristiliktəchizat" qaz borcunu dekabrın 15-dək ödəməlidir
# 19 noyabr 2021 11:51 (UTC +04:00)

"Azəristiliktəchizat" ASC qazın istifadəsinə görə "Azəriqaz" İstehsalat Birliyinə yaranan borcunu bu ilin dekabrın 15-dək ödəməlidir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində bildirib.

Onun sözlərinə görə, borcun bir hissəsi artıq ödənilib, lakin tərəflər arasında əldə olunan razılığa görə, bu proses dekabrın 15-dək tam təmin edilməlidir. Borc ödənilmədiyi təqdirdə "Azəriqaz" qazın verilişini dayandırmaq məcburiyyətində olacaq.

Qeyd edək ki, noyabr ayının 1-dən dağlıq rayonlarda, noyabrın ortalarında isə ölkənin digər regionlar üzrə istilik təchizatına start verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR