“Azəriqaz” onlayn vətəndaş qəbulu keçirəcək

“Azəriqaz” onlayn vətəndaş qəbulu keçirəcək
# 24 noyabr 2021 11:39 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu noyabr ayının 26-da saat 12:00-da keçiriləcək.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, baş direktor Ruslan Əliyev Cəlilabad rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Masallı rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Biləsuvar rayon sakinləri ilə video-formatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Məlumata görə, qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR