"Azəriqaz" Sumqayıtda "Açıq mikrofon" aksiyası təşkil edib - FOTO

"Azəriqaz" Sumqayıtda "Açıq mikrofon" aksiyası təşkil edib - FOTO
# 18 noyabr 2021 17:24 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyi sahibkarlarla növbəti dəfə görüş keçirib. “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarların problem və təkliflərini dinləmək, onlara lazımi köməklik olunması üçün “Səyyar qəbul otağı” Sumqayıt sahibkarlarının ixtiyarında olub.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, Birliyin digər məsul şəxsləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri iştirak ediblər.

Məlumata görə, görüş zamanı sahibkarları maraqlandıran bütün suallar cavablandırılıb. Bu gün təşkil olunan aksiya ümumilikdə sayca 30-cu, sahibkarlarla isə sayca 9-cu görüşdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR